AZ

Gecənin nəticələri - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun matçları keçirilir.

90deqiqe.Az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.

İngiltərənin “Arsenal” klubu evdə İspaniyanın “Atletiko” komandasını 4:0 hesabı ilə məğlub edib. İspaniyanın digər təmsilçisi “Barselona” isə “Olimpiakos” üzərində 6:1 hesablı qələbə qazanıb.

“Qarabağ”ın qrupundakı rəqiblərdən İtaliyanın “Napoli” klubu səfərdə PSV qarşısında 2:6 hesabı ilə uduzub.

Almaniyanın “Bayer 04” komandası Fransanın PSJ kollektivinə 2:7 hesabı ilə uduzsa da, İngiltərənin “Mançester Siti” İspaniyada “Vilyarreal” üzərində 2:0 hesablı qələbə qazanıb.

Qalan qarşılaşmaların nəticələri belə olub:

“Kayrat” – “Pafos” 0:0

“Kopenhagen” – “Borussiya Dortmund” 2:4

“Yunion” – “İnter” 0:4

“Nyukasl” – “Benfika” 3:0

Bu nəticələrlə komandalar Liqa mərhələsinin turnir cədvəlində mövqelərini möhkəmləndirmək üçün növbəti oyunlara hazırlaşacaq.

Seçilən
88
24
90deqiqe.az

10Mənbələr