AZ

Joze Mourinyonun komandası bu dəfə də “Nyukasl”a məğlub olub

Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Benfika” “Nyukasl”ın qonağı olub.

İdman.Biz-in məlumatına görə, oyun “Sent Ceyms Park” stadionunda baş tutub.

Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Hesabı 32-ci dəqiqədə "Nyukasl"ın hücumçusu Entoni Qordon açıb.

İkinci hissənin 71-ci dəqiqəsində forvard Harvi Barns komandasının qapıçısı Nik Popun ötürməsindən yararlanıb.
Barns daha sonra 83-cü dəqiqədə dubla imza atıb.

3-cü turdan sonra “Nyukasl”ın altı xalı var. Joze Mourinyonun “Benfika”sı isə bir xal belə toplamayıb.

İdman.Biz

Seçilən
101
1
idman.biz

2Mənbələr