AZ

Böyük Britaniya hərbçiləri İsrailə göndərilib

Böyük Britaniya müdafiə naziri Con Hili İsrailə general-mayorun rəhbərlik etdiyi britaniyalı hərbçilər qrupunun göndərildiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Nazirin sözlərinə görə, əməliyyatların planlaşdırılması üzrə təcrübəyə malik azsaylı hərbçilər artıq İsraildədir. Onlar Qəzza sektorundakı atəşkəs rejiminə beynəlxalq nəzarət səylərinə dəstək verəcəklər.

Hili əlavə edib ki, ABŞ-ın xahişi ilə britaniyalı hərbçilərə rəhbərlik edən general-mayor Qəzzadakı hərbi-siyasi əlaqələndirmə mərkəzinə rəhbərlik edən amerikalı komandirin müavini olacaq.

Nazir vurğulayıb ki, London bölgədə sülhün bərqərar olunmasında mühüm rol oynamaq niyyətindədir.

Seçilən
59
teleqraf.com

1Mənbələr