AZ

ÇL matçında futbolda nadir rast gəlinən məhsuldar ötürmə qeydə alındı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində bu gecə baş tutan "Nyukasl Yunayted" - "Benfika" oyununda (3:0) futbolda nadir hallarda rast gəlinən qol ötürməsi qeydə alınıb.

Fanat.Az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionundakı qarşılaşmada "sağsağanlar"ın qapıçısı Nik Poup diqqət mərkəzinə düşüb.

Belə ki, o, 70-ci dəqiqədə komanda yoldaşı Xarvi Barnsın fərqlənməsinə topu əli ilə ona göndərərək şərait yaradıb. Bu meydan sahiblərinin ikinci qolu olubsa, Barns 83-cü dəqiqədə dublinu rəsmiləşdirərək hesabı darmadağın həddinə çatdırıb.

Hazırda 6 xala malik "Nyukasl" ÇL-in Liqa mərhələsinin turnir cədvəlində 7-ci, xalı olmayan "Benfika" isə 34-cü yerdədir.

Nihat

Seçilən
53
2
fanat.az

3Mənbələr