AZ

Küveyt Türkiyə şirkəti ilə 488,9 milyon dollarlıq müqavilə imzalayıb

Bakı. Trend:

Küveytin Mutlaa şəhərinin cənubunda çirkab sularınıntəmizlənməsi stansiyasının və əlaqədar obyektlərin inşası üzrəTürkiyənin inşaat şirkəti ilə 488,9 milyon dollarlıq müqaviləimzalanıb.

Trend-inməlumatına görə, bu barədə Küveytin İctimai İşlər Nazirliyiaçıqlama verib.

Nazirliyin sözçüsü Əhməd əs-Saleh bildirib ki, müqaviləçərçivəsində ənənəvi və bərpaolunan enerji mənbələrini birləşdirənhibrid sistem tətbiq ediləcək.

Yeni təmizləyici qurğu Mutlaa şəhərinin əhalisinə xidmətgöstərəcək və gündə 400 min kubmetr suyu üç mərhələdə təmizləyəcək.Təmizlənmiş su əsasən kənd təsərrüfatı məqsədləri üçün istifadəolunacaq.

Seçilən
33
az.trend.az

1Mənbələr