AZ

Airbus, Thales və Leonardo Starlink-ə Avropa rəqibi yaratmağa hazırlaşır

BAKI, 21 oktyabr. TELEQRAF

"Airbus", "Thales" və "Leonardo" şirkətləri öz kosmik bölmələrini birləşdirmək üzrə razılığa gəlməyə yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Bildirilir ki, məqsəd İlon Maskın "SpaceX" şirkətinin "Starlink" layihəsinə rəqib ola biləcək Avropa konsorsiumu yaratmaqdır.

Məlumatda bildirilir ki, 21 oktyabrda İtaliyanın müdafiə şirkəti "Leonardo"nun idarə heyəti gələcək konsorsiumun strukturunu təsdiqləyib. Bu, üç tərəfdən sonuncusunun razılığı idi və rəsmi elan yaxın vaxtlarda gözlənilir.

Yeni konsorsiumda fransız-alman "Airbus"un payı 35%, "Thales" və "Leonardo"nun isə hər birinin payı 32,5% olacaq. Qrup Avropanın 30 müəssisəsini idarə edəcək, 25 min əməkdaş çalışacaq və illik gəliri təxminən 6,5 milyard avro təşkil edəcək.

Konsorsiumun əsas məqsədi kiçik peyklər bazarındakı dəyişikliklərə daha çevik cavab verə bilən, qlobal internet bağlantısı təmin edən Starlink sisteminə alternativ yaratmaqdır.

Seçilən
119
teleqraf.com

1Mənbələr