ABŞ dövlət katibi Marko Rubio bu həftəsonu İsrailə səfər etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində ABŞ-nin "Axios" portalının jurnalisti Barak Ravid məlumat verib.
"Katib Rubio bu həftənin sonunda İsrailə səfər etməyi planlaşdırır",-o, ABŞ və İsrail rəsmilərinə istinadən bildirib.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İsrailə gedib.