BAKI, 22 oktyabr. TELEQRAF
Dublin şəhərində ikinci gündür ki, etiraz aksiyaları və iğtişaşlar davam edir.
Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Etirazlar irlandiyalı qızın Afrikadan olan miqrant tərəfindən zorlanması xəbəri fonunda başlayıb.
Təxminən 2 min nəfər polislə qarşıdurmaya girib, onlar polislərə daş, şüşə atıb, polis furgonunu yandırmağa cəhd ediblər. Bundan əlavə, etirazçılar polisin helikopter ekipajını lazer işıqları ilə korlamağa çalışıblar.
Polis etiraz edənləri uzaqlaşdırmaq üçün su şırnaqlarından istifadə edib.