AZ

Şimali Koreya Yapon dənizinə doğru raket atdı

Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə doğru ballistik raket atıb.

Publika.az əbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.

Bu, iyunun əvvəlində Cənubi Koreyada hakimiyyətə gələn prezident Li Çje Men dövründə ilk buraxılış olub. Əvvəlki ballistik raket buraxılışı mayın 8-də baş tutub.

Ümumilikdə Şimali Koreya bu il beş raket buraxılışı həyata keçirib.

Seçilən
66
2
publika.az

8Mənbələr