BAKI, 22 oktyabr. TELEQRAF
Böyük Britaniya taxtının varisi, şahzadə Uilyam taxta çıxdıqdan sonra monarxiya institutunu əsaslı şəkildə yeniləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, barədə "The Daily Beast" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, şahzadə rəsmi vəzifə yerinə yetirməyən bütün ailə üzvlərini kral titullarından məhrum etmək niyyətindədir.
Məlumata görə, Uilyamın kral olandan sonra şahzadə Yevgeniya, Beatrisa, eləcə də şahzadə Harri və onun övladları “Zati-aliləri” müraciət formasından məhrum ediləcəklər.
Lakin bu qərarı həyata keçirmək üçün Uilyamın yeni kral patenti imzalaması tələb olunur. Mövcud qanunvericiliyə əsasən, Böyük Britaniya kral ailəsinin üzvlərini şahzadə və ya şahzadə titullarından məhrum etmək qanuni cəhətdən mümkün deyil.