Bakı. Trend:
Böyük Britaniyada xarici vətəndaşlar tərəfindən sosial yardımüçün edilən müraciətlərin sayı 1 milyon 900 minə çatmaqüzrədir.
Trend BöyükBritaniyanın Milli Statistika İdarəsinin məlumatına istinadən xəbərverir ki, 2025-ci ilin aprel–iyun ayları ərzində xarici vətəndaşlarümumilikdə 1 milyon 897 min sosial yardım müraciəti təqdim ediblər.Onların 54 faizi Avropa İttifaqı ölkələrinin, 46 faizi isə Aİ-dənkənar ölkələrin vətəndaşları olub.
Bundan əlavə, əvvəllər xarici vətəndaş olan, lakin sonradanBritaniya vətəndaşlığı almış şəxslər tərəfindən 1 milyon 479 minmüraciət qeydə alınıb. Beləliklə, ümumilikdə Böyük Britaniyadadoğulmamış şəxslərin sosial yardım müraciətlərinin sayı 3,4 milyonaçatıb.
Milli Statistika İdarəsi tərəfindən əmək qüvvələri sorğusununnəticələri əsasında hazırlanan hesabat ilk dəfə olaraq yalnızuniversal kredit deyil, həmçinin mənzil yardımı, əlilliködənişləri, uşaq müavinəti, pensiya kreditləri və baxıcımüavinətləri kimi bütün sosial yardım növlərini əhatə edir.
Məlumata görə, xarici vətəndaşlar daimi yaşayış icazəsi (ILR) vəya qaçqın statusu əldə etdikdən sonra britaniyalılarla eynişərtlərlə sosial müavinətlərdən yararlana bilirlər.
Mühafizəkarlar və “Reform UK” Partiyasının nümayəndələri butendensiyanı dayanıqsız və ədalətsiz ödənişlər kimiqiymətləndirərək hökumətdən sərt məhdudiyyətlər tətbiq etməyi tələbediblər.