BAKI, 22 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfəri 27–29 oktyabr tarixlərində baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında bildirib.
Kiharanın sözlərinə görə, Tramp səfər çərçivəsində Yaponiyanın yeni baş naziri Sanae Takaiti ilə danışıqlar aparacaq və imperator Naruhito tərəfindən qəbul ediləcək.
Rəsmi Tokio hesab edir ki, bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində əhəmiyyətli addım olacaq.
Bu, Trampın ABŞ prezidenti kimi ikinci müddəti ərzində Yaponiyaya ilk səfəri olacaq.