AZ

Berlində minlərlə insan CDU-nun qərargahı qarşısında etiraz aksiyası keçirib

Berlin, 22 oktyabr, AZƏRTAC

Berlində minlərlə insan Xristian Demokratlar İttifaqının (CDU) qərargahı qarşısında Kansler Fridrix Mertsin “şəhər mənzərəsi” ilə bağlı açıqlamalarına etiraz olaraq aksiya keçirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Berlin polisinin məlumatına görə, aksiyada 2000 nəfər iştirak edib, təşkilatçılar isə bu rəqəmin 7500-ə çatdığını bildiriblər.

“Biz qızlarıq” devizi altında keçirilən aksiya zamanı iştirakçılar irqçiliyə qarşı müxtəlif şüarlar səsləndiriblər. İştirakçılar “İrqçilik şəhər mənzərəsinin problemidir”, “Bizim problemimiz şəhər mənzərəsi deyil, irqçilikdir” kimi ifadələrin yer aldığı şüarlar səsləndiriblər. Etirazçılar Kanslerin fikirlərinin cəmiyyətdə müxtəlifliyə və bərabərliyə zidd olduğunu vurğulayıblar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

 

Seçilən
90
3
azertag.az

4Mənbələr