AZ

Avstraliya baş nazirinin təyyarəsi ABŞ-də təcili eniş edib

BAKI, 22 oktyabr. TELEQRAF

Avstraliya baş naziri Entoni Albanezenin təyyarəsi ABŞ ərazisində təcili eniş edib.

Teleqraf xəbər verir ki, bu barədə "SBS" telekanalı məlumat yayıb.

Məlumata görə, enişin səbəbi ekipaj üzvünün xəsarət alması olub. Hadisə baş verən gün Albanize ABŞ Prezidenti Donald Tramp ilə danışıqlardan sonra geri dönürdü.

“Təyyarə tibbi müdaxilə tələb edən hadisəyə görə təcili eniş edib. Vaşinqtondan Avstraliyaya yola düşən reys Missuri ştatının Sent-Luis şəhərində yerə enib”, – deyə məlumatda bildirilir.

Seçilən
34
teleqraf.com

1Mənbələr