AZ

Fransanın keçmiş prezidenti Sarkozi həbsxanada kitab yazmağa başlayıb » AzadMedia.az


Azadmedia.az TASS-a istinadən xəbər verir ki, 2007-2012-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdə olduğu ilk gündən kitab üzərində işləməyə başlayıb.

Bu barədə onun vəkili Jan-Mişel Darroua məlumat verib. Müdafiəçinin sözlərinə görə, Sarkozini daim səs-küy eşidilən doqquz kvadrat metrlik tək kameraya yerləşdiriblər. Bununla belə, eks-prezident günü aktiv keçirib. İdmanla məşğul olub, kitab yazmağa başlayıb. Günün ikinci yarısında o, həyat yoldaşı Karla Bruni ilə vaxt keçirib.

"Həbsxanadakı ilk gün həmişə çətin olur, amma bacardı" - Darrua deyib.

Xatırladaq ki, Paris məhkəməsi Fransanın eks-prezidenti Nikola Sarkozini 2007-ci ildə onun seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayətkar sui-qəsddə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib.

Tribunalın sədri Natali Qavarino izah edib ki, o vaxt hələ də namizəd olan keçmiş prezident Liviya rejimindən “maliyyə dəstəyi almaq üçün ən yaxın silahdaşlarına fəaliyyət göstərməyə icazə verib”. Sarkozi passiv korrupsiyada, seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsində, dövlət vəsaitlərini mənimsəməkdə və kriminal cəmiyyətdə iştirakda ittiham olunurdu. 

Oktyabrın 21-də Nikola Sarkozi cəzasını çəkmək üçün Sante həbsxanasına aparılıb.
Seçilən
29
1
azadmedia.az

2Mənbələr