AZ

Çox sevindirici haldır ki, ölkəmizdə aparılan köklü islahatlar QHT sektorundan da yan keçmədi - FOTOLAR

Əvvəlki illərdən fərqli olaraq son illər həqiqətən qollarını çırmayıb öz işini vicdanla yerinə yetirən təşkilatlar diqqətdən kənarda qalmır. Əminik ki, yeni reallığa qədəm qoymuş ölkəmizdə vətəndaş cəmiyyətinin davamlı inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra yeniliklər də dövlət qurumları ilə QHT-lər arasında əməkdaşlıq mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılmasına təsirli təkan verəcəkdir. Çox peşəkar və yüksək səviyyədə təşkil olunmuş Xankəndi Forumunda vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan QHT-lərin dövlətin diqqət və qayğısı ilə əhatə olunması hər birimiz üçün çox qürurlu və sevindirici oldu.

Cəmiyyətin həyatında yeni reallıqlara imza atmış, davamlı islahatlar dövrünü yaşayan Azərbaycanda bu gün QHT sektorunun rolu və yeri daha çox nəzərə çarpır. Odur ki, bizlərdən böyük məsuliyyət və ciddi fəaliyyət tələb olunur. Etimadı doğrultmaq üçün hər bir qeyri-hökumət təşkilatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin quruculuğu proseslərində fəal iştirak etməli, hər bir sahədə aktual problemlərin həllinə yüksək məsuliyyət hissi ilə yanaşmalıdır. 

Hörmətli Aygün xanım, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların dövlət, özəl sektor və vətəndaş cəmiyyəti “üçbucağında” mühüm komponentə çevrilməsi istiqamətində ciddi addımların atılmasında əməyiniz böyükdür. Odur ki, bu üçtərəfli əməkdaşlığın təşəkkül tapması, QHT-lərin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, eyni zamanda demokratik abu-havanın yaradılması istiqamətindəki bütün təşəbbüslərinizi alqışlayırıq.

Ayrıca olaraq da  “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu”nda hər birimizə göstərdiyiniz xüsusi diqqətə, çəkdiyiniz əziyyətlərə, həmçinin çox dəyərli hədiyyələrə görə Sizə və QHT Agentliyinin bütün əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. 

 

Könül Quliyeva

Uşaqların Gələcəyi Naminə İctimai Birliyin sədri

Seçilən
75
qht.az

1Mənbələr