BAKI, 22 oktyabr. TELEQRAF
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Macarıstanda keçirilməsi planlaşdırılan sammiti Sergey Lavrov və Marko Rubio arasında gərgin telefon danışığından sonra ləğv edildiyi iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinin məlumat yayıb.
Məqalədə bildirilir ki, iki ölkənin xarici işlər rəhbərləri 20 oktyabrda telefonla danışıb, lakin “söhbət uğursuz alınıb”. Nəşr yazır ki, Lavrov söhbət zamanı Moskvanın münaqişəni hazırkı cəbhə xətti üzrə “dondurmaq” təklifinə qarşı çıxdığını Rubiyoya bildirmiş ola bilər.
Xatırladaq ki, Putin və Tramp 16 oktyabrda telefon danışığı aparmış və Macarıstanda üzbəüz görüşmək barədə razılığa gəlmişdilər.