AZ

Avstraliya Baş nazirini daşıyan təyyarə ABŞ-da təcili eniş edib

Avstraliyanın Baş naziri Entoni Albanizini daşıyan təyyarə ABŞ ərazisində təcili eniş etməyə məcbur olub. AzPost xəbər verir ki, SBS telekanalının xəbərinə görə, buna səbəb ekipaj üzvlərindən birinin səhhətinin qəfil pisləşməsi olub və ona dərhal tibbi yardım göstərilməli idi.

Hadisə Avstraliya hökumət başçısının Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlardan sonra vətənə dönüşü zamanı baş verib.

Məlumata əsasən, səhhətində problem yaranan aviasiya işçisi yerli tibb müəssisəsinə çatdırılıb. Zəruri tibbi yardım göstərildikdən sonra təyyarə yanacaqla təmin edilərək Avstraliyaya planlaşdırılmış uçuşunu davam etdirəcək.

AzPost.az

Seçilən
91
azpost.info

1Mənbələr