İngiltərənin məşhur futbol klubu "Çelsi" Portuqaliyanın "Portu" komandasının hücumçusu Samu Aqexovanı transfer etmək niyyətindədir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı ispan futbolçu üçün 100 milyon avro dəyərində rəsmi təklif hazırlayıb.
Məlumata əsasən, "Çelsi" gənc hücumçunu yay transfer pəncərəsi zamanı heyətinə cəlb etməyə çalışacaq.
Xatırladaq ki, Samu Aqexova 2024-cü ildən "Portu"nun formasını geyinir. O, cari mövsümdə çıxış etdiyi 9 qarşılaşmada 8 dəfə rəqib qapısına yol taparaq komandasının əsas qol silahlarından birinə çevrilib.
Hüseyn
Milli.Az