Çərşənbə axşamı, oktyabrın 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (UAF) Dağıstana hücum edib.
Publika.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Melikov öz Telegram kanalında məlumat verib.
"Bu gün Dağıstanda düşmənin pilotsuz təyyarələri hücuma keçib. Onların hədəfi respublikanın müəssisələrindən biri olub", - Melikov bildirib.
İlkin olaraq xəsarət alan olmayıb, dəymiş ziyanın hesablanması hələ də davam etdirilir. Respublika başçısı əlavə edib ki, hadisə yerində fövqəladə hallar işləyir.