AZ

Pirallahıda minik maşını ilə moped toqquşdu: 1 nəfər öldü

Oktyabrın 21-də paytaxtın Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, 1991-ci il təvəllüdlü Səttarov Eldar Həmzətqulu oğlu idarə etdiyi “Toyota Aqua” markalı avtomobillə 1938-ci il təvəllüdlü Ağayev Hacı Əmir oğlunun idarə etdiyi moped markalı motosikletlə toqquşub.

Qəza nəticəsində Hacı Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
57
teleqraf.com

1Mənbələr