“Mançester Siti”nin və Norveç milli komandasının hücumçusu Erlinq Haland Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Vilyarreal”la qarşılaşmada (2:0) fərqlənməklə rekord müəllifi olub.
Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərə Premyer Liqasının mətbuat xidməti yayıb.
Ulduz forvard ardıcıl 12-ci matçda meydanı qol vurmadan tərk edib ki, bununla da o, 2018-ci ildə eyni uğura imza atan Kriştianu Ronaldunun rekorduna şərik olub. Maraqlıdır ki, hər ikisi 12 matçda 22 qol vurub.
Bu müddət ərzində norveçli İngiltərə Premyer Liqasında, 2026-cı il dünya çempionatının seçmə oyunlarında və Çempionlar Liqasında çıxış edib.
Haland bazar günü, oktyabrın 26-da Ronaldunun rekordunu qırmaq imkanı əldə edəcək. Bunun üçün norveçli forvard Premyer Liqanın 9-cu turunda “Aston Villa”ya qol vurmalıdır.
Erlinq Haland bu mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 14 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib. 25 yaşlı forvard bu payızda Norveç millisində də 3 oyun keçirib və 9 qol vurub.