
NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə təcili səfərə gedir.
Yeniavaz.com xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rutte oktyabrın 21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampla görüşəcək. Mətbuat üçün brifinqlər olmayacaq”, - alyansın mətbuat xidməti bildirib.
Məlumata görə, bu səfər baş katibin gündəliyinə daxil edilməyib.
Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi öz mənbələrinə istinadla xəbər vermişdi ki, Rutte oktyabrın 21-də Vaşinqtona elan olunmamış səfər edəcək.
Onların məlumatına görə, Rutte oktyabrın 22-də Trampla görüşəcək. Reuters-in müxbiri Qrem Slatteri qeyd edib ki, “Avropa Trampın son diplomatik səylərinə cavab verməyə tələsir”.
