AZ

“Abşeron Lions” Bakıda Polşa klubuna qarşı oynayacaq

“Abşeron Lions” basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində I qrupun növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşa təmsilçisi “Trefl”lə üz-üzə gələcək.

Qarşılaşma bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək. I qrupun digər görüşündə Azərbaycan təmsilçisi “Neftçi” ötən gün Bakıda Estoniyanın “Kalev” komandasını 95:84 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Abşeron Lions” ilk qarşılaşmada “Kalev”ə uduzub - 85:93.

İdman.Biz

Seçilən
62
6
idman.biz

3Mənbələr