AZ

Gürcüstan Azərbaycandan pomidor alışını - 28 DƏFƏ ARTIRIB

Azərbaycandan bu ilin yanvar-avqust aylarında Gürcüstana 1 588 ton tomat ixrac edilib.

Məlumata görə, Gürcüstana ixrac edilmiş tomatın dəyəri isə 1 milyon 71 min dollar olub.

Son bir il ərzində ixracın həcmində 1 531 ton (27,8 dəfə), dəyərində isə 1 milyon 16 min dollar (19,6 dəfə) kəskin artım baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Gürcüstana 54 min 760 dollar dəyərində 57 ton tomat ixrac etmişdi.

Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Gürcüstana ixrac edilmiş tomatın orta hesabla 1 tonunun dəyəri 1 146 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 487 manat (29,8%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1 633 manata bərabər olub.

Seçilən
51
fed.az

1Mənbələr