Bakı. Trend:
Bu ilin ötən dövrü ərzində TƏBİB tabeliyində fəaliyyət göstərəntibb müəssisələrində ümumilikdə 510 nəfər həkim işə qəbuledilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-inİctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəriZamirə Ədilova məlumat verib.
Onun sözlərinə görə, onlardan 168 nəfəri rezidentura vəordinatura təhsilini bitirməklə təyinat alıb və məhz ilk dəfə əməkfəaliyyətinə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində startverib.
"Eyni zamanda 40 nəfər həkim xaricdə tibb təhsili alaraq ilkdəfə olaraq TƏBİB sistemində fəaliyyətə başlayıb.
TƏBİB gənc mütəxəssislərin səhiyyə sisteminə inteqrasiyasınıtəşviq etmək, onların peşəkar inkişafına və bölgələrdə keyfiyyətlitibbi xidmətin təmin olunmasına şərait yaratmaq məqsədilə müvafiqdəstək tədbirlərini davam etdirir",- deyə .