AZ

Ağstafada avtomobil aşdı

Ağstafada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisinə qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, 2004-cü il təvəllüdü N.Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(unikal)

Seçilən
40
3
avtosfer.az

3Mənbələr