Niderlandda keçirilən Çempionlar Liqasının ümumi mərhələsinin üçüncü tur oyununda PSV doğma meydanda “Napoli”yə 6:2 hesabı ilə qalib gəlib.
Pulika.az xəbər verir ki, İtaliya klubu tarixində ilk dəfə avrokubok oyununda 6 qol buraxıb. Bu barədə "Opta" məlumat yayıb.
Ümumilikdə bütün turnirləri nəzərə alsaq, neapollular 1997-ci ildən bəri ilk dəfə bir matçda 6 qol buraxıblar. Həmin vaxt “Napoli” A Seriyasında “Sampdoriya”ya 3:6 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, İtaliya çempionu "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da Neapolda üz-üzə gələcəklər.