AZ

"Volkswagen" 2 məşhur modelin istehsalını dayandıracaq

Almaniyanın "Volkswagen" şirkəti yarımkeçirici çatışmazlığı səbəbindən iki modelin istehsalını müvəqqəti dayandırmağa hazırlaşır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, problem "Nexperia" şirkəti ətrafında yaranan qeyri-müəyyən vəziyyətlə əlaqədardır.

Məlumata görə, istehsalın dayandırılması ilk olaraq "Golf" modelinə təsir edəcək, daha sonra isə "Tiguan" modelinin istehsalı da müvəqqəti olaraq saxlanılacaq.

Şirkətin hazırkı yarımkeçirici ehtiyatı yalnız gələn həftə zavodların normal fəaliyyətini təmin edə biləcək. Bu müddətdən sonra ehtiyatların tükənməsi səbəbindən "Volkswagen" istehsal xəttini dayandırmaq məcburiyyətində qalacaq.

Hüseyn
Milli.Az

Seçilən
25
50
milli.az

10Mənbələr