AZ

Güclü zəlzələ oldu - Bu ölkədə

Ekvadorun cənubundakı El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Arenillas qəsəbəsinin 11,5 kilometr cənub-şərqində, 73,6 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılarla bağlı məlumat verilməyib.

Ekvadorun Guayas əyalətində, həmçinin Peru sərhədinə yaxın Loja əyalətində də zəlzələ hiss olunub.

Ekvador Geofizika İnstitutu isə zəlzələnin maqnitudasını 6,1 olaraq açıqlayıb.

Teymur


Seçilən
109
50
news24.az

10Mənbələr