Bu gün Azərbaycan I Liqasında VI tur start götürəcək.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 2 oyun keçiriləcək.
Bakıda paytaxt derbisi baş tutacaq. Belə ki, MOİK Binədə "Baku Sportinq"i sınağa çəkəcək.
Şamaxıda isə bölgə təmsilçiləri üz-üzə gələcəklər. Belə ki, "Şimal" "Difai" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hər iki qarşılaşma saat 14:00-da start götürəcək.
Qeyd edək ki, turun 3 oyunu (“Cəbrayıl” – “Şahdağ Qusar”, “Şəfa” – “Səbail”, “Zaqatala” – “Mingəçevir”) sabah keçiriləcək.
Azərbaycan I Liqası
VI tur
22 oktyabr
14:00. MOİK – “Baku Sportinq”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə. Qəsəbə stadionu.
14:00. “Şimal” – “Difai”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
