“Ukrayna prezidenti avropalılara deyib ki, Tramp avqustda Putinlə Alyaska sammitindən əvvəl olduğu kimi əvvəlcə ərazi güzəştləri tələb edib, lakin sonda bu güzəştlərdə israrını dayandırıb. Tramp razılaşma əldə olunmasa, Rusiyanın Ukraynanı məğlub edə biləcəyi barədə Zelenskiyə xəbərdarlıq edib. Zelenski isə Ukraynanın möhkəm dayandığını vurğulayıb. Tramp “Tomahavk”lar təklif etməyib”,- qəzet yazır.
![]() |
| Peskov:“Moskvanın mövqeyi dəyişməyib” |
Xatırladaq ki, oktyabrın 21-də adının açıqlanmasını istəməyən yüksək vəzifəli ukraynalı məmura istinad edən “AFP” agentliyiDonald Trampın Ağ Evdəki görüş zamanı Zelenskiyə Donbasın şərqini verməsi üçün təzyiq göstərdiyini təsdiqləyib.
- Bəli, bu doğrudur. Tramp Zelenskini hələ də Ukrayna Silahlı qüvvələrinin (USQ) nəzarətində olan ərazilərdən qoşunları çıxarmağa çağırıb. Trampla danışıqlar “gərgin və çətin” idi və görünür müharibəni bitirmək üçün diplomatik səylərin davamı “dairə üzrə hərəkət”ə çevrilir”,- agentlik ukraynalı məmurdan sitat gətirir.
Lakin Amerika lideri Donald Tramp bu xəbərləri təkzib edib.
Sahil İsgəndərov
AzVision.az
