ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dağıstanın paytaxtı Mahaçqalada yerləşən neft emalı zavodu Ukrayna dronlarının hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov məlumat yayıb.
“Bu gün Dağıstan ərazisində hücum həyata keçirilib. Hədəf respublikanın müəssisələrindən biri olub. Zavod Ukraynadan təxminən 1700 km uzaqlıqdadır”, - Melikov bildirib.
Rusiya mediasının məlumatına görə, hücumdan sonra Mahaçqala hava limanında bütün reyslərin qəbulu və göndərilməsi dayandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.