Qəzetin məlumatına görə, agentliyin kadrlar direktoru Jenevyev Maşen baş katib Mark Ruttenin adına məktub göndərərək, istintaqda təkrarlanan soyadlara və mümkün sui-istifadə hallarına diqqət çəkib. O, həmçinin rəhbərliyin daxili yoxlamaların aparılmasına mane olduğunu iddia edib. Ardınca Maşen vəzifəsindən kənarlaşdırılıb və onun müqaviləsinin uzadılmaması qərara alınıb. Qeyd olunur ki, bu, uzadılmayan yeganə müqavilə deyil. May ayında Belçika polisi NATO-nun hərbi satınalmaları ilə bağlı korrupsiya işi üzrə iki nəfəri saxlayıb. Bu həbslər Belçika, Lüksemburq, Niderland və İspaniyada aparılan beynəlxalq istintaqın tərkib hissəsidir. İttihamlar arasında NATO-nun hərbi tenderləri ilə bağlı məxfi məlumatların sızdırılması və bu məlumatların alyansın podratçı şirkətlərinə ötürülməsi yer alır.
Belçika Prokurorluğu bildirib ki, işdə agentliyin bir neçə əməkdaşı da iştirak edə bilər. NATO-nun mətbuat xidməti məlumatı təsdiqləyərək, təşkilatın "istintaqla sıx əməkdaşlıq etdiyini" və müxtəlif ölkələrdə "bir neçə şübhəlinin saxlanıldığını" açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31