Endokrinoloq Yekaterina Yanq bəzi insan qruplarına kolbasa və sosiskadan tamamilə uzaq durmağı məsləhət görüb.
Redaktor.az xəbər verir ki, bu barədə həkim özünün "Teleqram" kanalında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, ailəsində xərçəng hadisələri olan insanlar bu məhsulları rasiondan çıxarmalıdırlar.
Bundan əlavə, həkim qeyd edib ki, histaminə qarşı dözümsüzlük əlamətləri - səpgilər, narahatlıq, qızartı, ödem və yeməkdən sonra baş ağrısı - müşahidə olunarsa, kolbasa və sosiskadan imtina etmək vacibdir.
Aytəkin TOFİQQIZI