Almaniyanın "Volkswagen" konserni yarımkeçirici çatışmazlığı səbəbi ilə bir sıra avtomobil modellərinin istehsalını dayandırmağa hazırlaşır.
Avtosfer.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bu çatışmazlıq "Nexperia" şirkəti ətrafında qeyri-müəyyən vəziyyət fonunda yaranıb.
Məlumatlara görə, bu tədbir ilk növbədə "Golf" modelinin istehsalına təsir edəcək, daha sonra "Tiguan" modelinin istehsalı dayandırılacaq.
Yarımkeçirici ehtiyatları gələn həftə zavodların normal rejimdə işləməsi üçün kifayət edəcək, bundan sonra onlar tükənəcək və şirkət konveyeri dayandırmağa məcbur olacaq.