AZ

Hakan Fidan ilə İbrahim Kalın HƏMAS rəhbərliyi ilə görüşüblər

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Milli Kəşfiyyat Təşkilatının sədri İbrahim Kalın HƏMAS Şurasının sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə görüşüblər.

Görüş Qətərin paytaxtı Doha şəhərində keçirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın başçılıq elədiyi nümayəndə heyəti Qətərdə rəsmi səfərə gedib.

Hürr Tərcüman

Seçilən
55
hurriyyet.az

1Mənbələr