Ali Məhkəmədə zorlamda və seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Vahid Məcidzadənin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Vahid Məcidzadə 2022-ci ildə, gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes Benz E320” markalı avtomobillə Bakı şəhərinin Qaradağ rayonu ərazisində müştəri gözləyərkən, zərərçəkmiş S.S.-i (adı, soyadı şərti) Şirvan şəhərinə aparmaq barədə razılaşaraq avtomobilinə mindirib. Sonradan o, zərərçəkmiş şəxsə qarşı əxlaqsız niyyətini həyata keçirmək məqsədilə onu aldadaraq avtomobili paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində yerləşən kimsəsiz və qaranlıq bir yerə aparıb. Həmin vaxt Vahid qadını qorxutmaq məqsədilə bıçaqla öldürmə və zor tətbiq etmə ilə hədələyib, bununla da onun iradəsini sındıraraq S.S-ə qarşı zor tətbiq etməklə zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.
Kamal Məmmədov