AZ

Belarus–Litva sərhədində avtomobil hərəkəti bərpa olunub

Vilnüsün sərhəd-keçid məntəqələrini müvəqqəti bağlamasından sonra Belarus–Litva sərhədində nəqliyyatın hərəkəti bərpa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 21-dən 22-nə keçən gecə Litva tərəfi Benyakoni–Şalçininkay və Kamennı Log–Medininkay sərhəd-keçid məntəqələrində avtomobillərin keçidini əvvəlcədən xəbərdarlıq etmədən müvəqqəti dayandırıb.

Daha sonra Litva nəzarət xidmətləri sərhədin hər iki istiqamətində avtomobillərin buraxılışını bərpa edib.

Hazırda Belarus tərəfinin məlumatına görə, keçid məntəqələrində növbələr qismən artıb — 40 minik avtomobili, 1510 yük maşını və 3 avtobus sərhəddən keçmək üçün gözləyir.

Seçilən
56
2
operativmm.az

3Mənbələr