AZ

Bu həkimlərə maaşa əlavələr veriləcək

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət oktyabrın 1-dək nəzərdə tutulmuşdu.

Seçilən
66
10
modern.az

10Mənbələr