Ukrayna prezidenti Volodimir Zelenski ölkəyə qarşı həyata keçirilən növbəti Rusiya hücumunun ağır nəticələri barədə məlumat verib.
Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hücum nəticəsində 17 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.
“Təəssüf ki, ölənlər arasında iki uşaq da var,” – deyə Zelenski bildirib.
Hadisə ilə bağlı xilasedicilər və tibb briqadaları ərazidə işləməyə davam edir. Ukrayna tərəfi hücumun mülki obyektlərə – yaşayış binalarına və infrastruktur obyektlərinə yönəldildiyini bildirir.
Rəsmi Kiyev beynəlxalq ictimaiyyəti Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi növbəti hücuma sərt reaksiya verməyə çağırıb.
Musavat.com
 
                        