Bakı. Trend:
Xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdətəklif tələbi üstələyir.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbərverir.
Bildirilib ki, son 7 ayda mübadilə şöbələri tərəfindən nağdxarici valyutanın alışı satışını üstələyib.
Vurğulanıb ki, rezident fiziki şəxslərin əmanətlərinindollarlaşma səviyyəsinin son 12 ayda 1.8 faiz bəndi azalaraqsentyabrda 29%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbinolduğunu göstərir.
"Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektorgöstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsininməlumatına görə 2025-ci ilin 9 ayında xarici ticarət balansınınmüsbət saldosu 1.8 mlrd. ABŞ dolları təşkil edib. Pul baratlarıüzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikasıtədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir.Mərkəzi Bankın 2025-ci ilin sonuna cari hesabın profisiti üzrəproqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cıilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb",- məlumatda qeyd edilib.