AZ

Azərbaycan və Gürcüstan regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayır – Əli Əsədov

Bakı. Trend:

Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyükİpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyuAvropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadiəlaqələrin inkişafına, mədəni və humanitar mübadiləninmöhkəmlənməsinə mühüm töhfələr veriblər.

Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, bu gün Azərbaycan və Gürcüstan həmintarixi missiyanı yeni məzmunda davam etdirərək regionaləməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiyaməkanında yeni nəqliyyat və logistika marşrutlarınınformalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər.

“Azərbaycan və Gürcüstanı birləşdirən dostluq və stratejitərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin vəinkişafın mühüm dayaqlarından biridir.

Bu gün ölkələrimiz yalnız siyasi baxımdan deyil, həm dəiqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır”,- deyə Əli Əsədov vurğulayıb.

Məqalədə:
Seçilən
96
4
az.trend.az

9Mənbələr