AZ

Əli Əsədov: Azərbaycanla Gürcüstan Avrasiya məkanında marşrutlarının formalaşmasında əsas iştirakçılardır

BAKI, 22 oktyabr. TELEQRAF

"Yenidən Gürcüstanın paytaxtında olmağımdan şadam. Tbilisi ilbəil gözəlləşir, inkişaf edir, şəhərdə müsbət dəyişikliklər baş verir. Təbii ki, biz buna çox sevinirik. 5-ci Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğulamaq istəyirəm. Cəmi bir neçə il ərzində bu forum regional və qlobal gündəlikdə yer alan mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu və səmərəli beynəlxalq platforma kimi formalaşaraq özünü tam şəkildə təsdiq edib".

Teleqraf xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Tbilisidə V İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Onun nsözlərinə görə, qlobal miqyasda müşahidə olunan son proseslər, xüsusilə də iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar forumun aktuallığını və önəmini daha qabarıq şəkildə göstərir.

"Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr veriblər. Bu gün Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayırlar, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edirlər. Azərbaycan və Gürcüstanı birləşdirən dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin və inkişafın mühüm dayaqlarından biridir. Bu gün ölkələrimiz yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır. Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir", - deyə Ə.Əsədov qeyd edib.

Seçilən
27
7
teleqraf.com

9Mənbələr