AZ

Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarif tətbiq edəcəklər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həmdə inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusidiqqət yetirir.

Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.

“Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitindəvahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhədprosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqiistiqamətində mühüm addımlar atırıq.

Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan vəQazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalarüçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldəediblər”, - deyə Baş nazir bildirib.

Əli Əsədov vurğulayıb ki, tərəflər liman, dəmir yolu vəlogistika infrastrukturunun təkmilləşdirilməsi, mövcuddarboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanıngenişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılmasıüçün birgə addımlar atmağa razılaşıblar:

“Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistikapotensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin vəinvestisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadiəlaqələrin möhkəmlənməsinə töhfə verəcək”.

Məqalədə:
Seçilən
67
21
az.trend.az

10Mənbələr