Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə əldəedilmiş razılaşmalar regionda davamlı əməkdaşlığın təmin olunmasıbaxımından tarixi əhəmiyyət kəsb edir.
Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bölgədə kommunikasiyaların açılması, ocümlədən Azərbaycanın əsas ərazisinin ölkənin ayrılmaz hissəsi olanNaxçıvan Muxtar Respublikası ilə birləşməsi beynəlxalq yükdaşımalarüçün regionun tranzit imkanlarının genişlənməsinə xidmətedəcək.
“Əminik ki, cari ilin avqustun 8-də Vaşinqtonda əldə edilmişrazılaşmalara əsasən regionda açılacaq yeni marşrut Orta Dəhlizinmühüm seqmentlərindən birinə çevriləcək və onun qlobal nəqliyyatşəbəkəsində rolunun artmasına töhfə verəcək.
Yeri gəlmişkən Azərbaycan regionda əməkdaşlığın və etimadmühitinin bərpasına sadiqliyini nümayiş etdirməyə davam edir.
Azərbaycan tərəfi Ermənistan istiqamətində yük tranziti iləbağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradanqaldırmaqla bu istiqamətdə mühüm töhfə verib.
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasıbu baxımdan atılmış ilk praktiki addımdır”, - deyə Əliş Əsədovvurğulayıb.