Bakı. Trend:
Energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuşuzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyətini vurğulamaqistərdim. Bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraqbeynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.
Trend-inməlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək YoluForumunda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, Azərbaycan-Gürcüstan energetikaəməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionunsabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışıntəzahürüdür.
“Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri,Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimibeynəlxalq əhəmiyyətli layihələr təşkil edir.
Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerjiresurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarınaçatdırılmasını təmin edib.
Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakıilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerjitəhlükəsizliyinin vacib komponentinə çevrilib.
Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir”, - deyə Ə. Əsədovvurğulayıb.