AZ

Paşinyandan Əliyevə təşəkkür: İnanılmaz olan gerçəkləşdirdi

BAKI, 22 oktyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatına istinad edib.

Teleqraf xəbər verir ki, o, baş verənlərin sülhə xidmət etdiyini söyləyib.

“Dünən İlham Əliyev bəyan edib ki, Azərbaycan öz ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır. Bu, son dərəcə mühüm elandır və mən Azərbaycan Prezidentinin bu addımını təqdir etdiyimi bildirmək və bu elanı alqışlamaq istəyirəm”, - baş nazir bildirib.

Nikol Paşinyan İlham Əliyevlə yanaşı, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Gürcüstan Baş naziri İrakli Kobxidzeyə də təşəkkür etdi.

“Aylar əvvəl inanılmaz görünən bir şey baş verir: Azərbaycan və Gürcüstan vasitəsilə Qazaxıstandan Ermənistana taxıl idxal olunur. Qazaxıstan Prezidenti və Gürcüstan Baş nazirinə də bu sövdələşməyə görə təşəkkürümü bildirmək istəyirəm”, - o əlavə edib.

Seçilən
82
teleqraf.com

1Mənbələr