Peru prezidenti Xose Xeri ölkənin paytaxtı Lima və qonşu Kalyao əyalətində 30 günlük fövqəladə vəziyyət elan edib.
Ölkə.az xəbər verir ki, bu barədə "CNN" məlumat verib.
O bildirib ki, bu qərar ölkədə artan cinayətkarlıqla mübarizə məqsədi daşıyır.
Məlumata görə, bu addım ötən həftə keçirilən etiraz aksiyalarından sonra atılıb. Həmin aksiyalar nəticəsində bir nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
"Fövqəladə vəziyyət gecə yarısından qüvvəyə minəcək və Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək", - deyə Peru prezidenti Xose Xeri bildirib.
Qərara əsasən, ictimai asayişin qorunması məqsədilə silahlı qüvvələr polis ilə birlikdə küçələrdə xidmət aparacaq. Prezident əlavə detalları açıqlamayıb.
Həmidə İbrahimova