AZ

AZAL-ın təyyarəsi niyə İrəvana eniş edib? - SƏBƏB

Xəbər veryimiz kimi, AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvana eniş edib. 

"Unikal"ın məlumatına görə, təyyarə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrini daşıyıb. 

Qeyd edək ki, oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

Müzakirələr zamanı digər məsələlərlə yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinə kimlərin daxil olduğu hələlik açıqlanmayıb. 

Ağarza Elçinoğlu 

 

Seçilən
44
unikal.az

1Mənbələr